cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi” PFK "Ana harayı”nı ziyarət edib

26.02.2017 13:15 Oxundu 2325

Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrdən biridir. XX əsrin faciəsi olan Xocalı soyqırımı zamanı yüzlərlə insan erməni vəhşiliyinin qurbanına çevriliblər. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu gün Xocalı soyqırımından 25 il ötür. Bununla əlaqədar olaraq "Neftçi” PFK-nın kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edib. Klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər. Allah rəhmət eləsin!