cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Huqo Barqas: "Oyuna çıxıb 3 xal qazanmalıyıq”

26.02.2017 13:24 Oxundu 2134

"Neftçi” PFK Topaz Premyer Liqasının XX turu çərçivəsində qarşılaşacağı AZAL klubu ilə oyunun hazırlığını davam etdirir. "Neftçi” "İnter Arena”da məşq keçib. Məşqdən sonra "Neftçi"nin hücumçusu Huqo Barqas Neftçi TV-yə açıqlama verib: "İndiki halda biz rəqibdən çox özümüz haqda düşünməliyik. Əks halda bu böyük səhv olar. Son 3 turda "Neftçi”nin oyunu daha da yaxşılaşıb, oyunumuzda irəliləyiş var. Bu bizi daha da həvəsləndirir. Yenə deyirəm, biz rəqibin sonuncu yerdə qərarlaşdığını düşünməməliyik, komanda olaraq meydandakı vəzifəmizi yerinə yetirməliyik, oyuna çıxıb 3 xal qazanmalıyıq”.

3