cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

"İnter" də Xocalı qurbanlarını yad etdi

26.02.2017 13:35 Oxundu 1990

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətmişlər. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olmuşdu. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşmüşdür.

Bu gün "İnter" Peşəkar İdman Klubunun kənar idarəçisi Rəmiş Malıyev, "İnter" futbol komandasının baş məşqçisi Zaur Svanadze, məşqçi heyəti və futbolçuları, o cümlədən klubun digər nümayəndələri "Ana Fəryadı" abidəsinin önünə gül-çiçək dəstələri qoydular və faciədə həlak olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Allah rəhmət eləsin!