cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

“Qırmızı şeytanlar” İngiltərə Liqa kubokunun qalibi oldu - VİDEO

26.02.2017 22:25 Oxundu 2269

İngiltərə Liqa kubokunun qalibi bəlli olub. Londonun “Uembli” stadionunda keçirilən həlledici oyunda “Mançester Yunayted”lə “Sauthempton” üz-üzə gəlib.Görüş “qırmızı şeytanlar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Zlatan İbrahimoviçin dubl etdiyi oyunda Xese Linqard bir dəfə fərqlənib. Qarşı tərəfdən isə Qabbiadini iki qolla yadda qalıb. Bununla da, Joze Mourinyo “Mançester Yunayted”in “sükanı arxasında” ilk titulunu qazanıb.

Qeyd edək ki, “mankunianlar” tarixi ərzində 5-ci dəfə Liqa kubokuna sahib çıxıb.

İngiltərə Liqa kuboku

Final

26 fevral

“Mançester Yunayted” – “Sautqempton” – 3:2

Qollar: İbrahimoviç, 18; 87. Linqard, 38 - Qabbiadini, 45+1, 48.

ma