27.02.2017 18:22
1906
1906
"Neftçi” PFK-nın qapıçısı Maksim Vaylo AZAL-la oyundan sonra klubun rəsmi saytına açıqlama verib: "Artıq 3 oyundur qol buraxmıram. Bu məndə özünəinamı daha da artırıb. Oyun ərzində qapısını toxunulmaz saxlamaq hər bir qapıçı üçün vacibdir. O ki qaldı matça, yaxşı oynadıq. Düzdür, mən də daxil olmaqla bəzi səhvlər etdik. Amma ümumi götürsək, vacib olan 3 xal idi ki, bu 3 xalı qazandığımıza görə xoşbəxtəm”.