çərşənbə, 29 aprel 2026

ŞAHMAT

Şəhriyar Məmmədyarov 5.5 xal topladı

28.02.2017 00:32 Oxundu 2762

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”sində ilk etap başa çatıb. Dünən baş tutan son turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov çinli Hou Yifanla qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə birlikdə xallarını 5.5-ə yüksəldən Məmmədyarov Maksim Vaşe-Laqrev və Aleksandr Qrişukla birlikdə ilk pillədə qərarlaşıb. Lakin Məmmədyarov əlavə göstəricilərdə Qrişukla Vaşye-Laqravdan geri qalıb.

İlk FİDE Qran-Prisində 18 şahmatçı iştirak edib.