cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Şahin Diniyev: "Bizi maraqlı və ağır bir oyun gözləyir"

28.02.2017 00:40 Oxundu 1863

Fevralın 28-də “Kəpəz” Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək Topaz Premyer Liqasının lideri ilə oyunöncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev açıqlama verib: "Həqiqətən də çətin görüş olacaq, ümumiyyətlə son zamanlar asan oyunlarımız yoxdu. Komandanın gücünə uyğun olaraq hər matça maksimum yanaşmalıyıq. "Qəbələ" bundan əvvəlki turda “Qarabağ” üzərindəki qələbədən sonra turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Mənə elə gəlir ki, bizi maraqlı və ağır bir oyun gözləyir. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdır. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə, qarşıdakı görüşdə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".