cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Andris Yonker "Volfsburq"un baş məşqçisi oldu

28.02.2017 09:46 Oxundu 2161

Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan "Volfsburq"un yeni baş məşqçisi müəyyənləşib. Alman klubunun saytında yer alan xəbərə görə, Valerien İsmaelin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə 54 yaşlı Andris Yonker təyin edilib. Onunla 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, A.Yonker 2012-2014-cü illərdə "Volfsbur"da məşqçi vəzifəsində çalışıb.

Almaniya Bundesliqasının 22-ci turunda keçirilən "Wolfsburg" - "Werder" (1:2) qarşılaşması meydan sahiblərinin məşqçisi Valeryen İsmaelin istefasına səbəb olmuşdu.