cümə axşamı, 15 yanvar 2026

DİGƏR NÖVLƏR

Atıcımız bürünc qazandı

28.02.2017 11:18 Oxundu 1946

Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə dünya kuboku yarışları keçirilir.Azərbaycan millisi yarışa uğurla başlayıb.

Turnirdə ölkəmizə təmsil edən Ruslan Lunyov 25 metr məsafəyə atəşaçma yarışlarında bürünc medal qazanıb. İdmançımız təsnifat mərhələsində 579, finalda isə 23 xal toplayaraq üçüncü olub.

Martın 2-də yekun vurulacaq turnirdə R.Lunyov 10 metr məsafəyə atəşaçma yarışlarında da gücünü sınayacaq.