cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

Məşqçi heyəti ilə görüş keçirilib

01.03.2017 07:23 Oxundu 1922

"Sumqayıt" FK-nın məşqçi heyəti arasında görüş keçirilib. İclasda klubun baş meneceri Ceyhun Sultanov, A komandanın baş məşqçisi Samir Abasov, B komandanın çalışdırıcısı Elbrus Məmmədov və akademiyanın məşqçi heyəti iştirak edib.

Görüş zamanı məşqçilər arasında fikir mübadiləsi aparılıb, akademiyada qeydə alınan nəticələr müzakirə olunub, təkliflər dinlənilib, əsas və əvəzedici komandanın baş məşqçiləri tərəfindən bəzi tövsiyyələr verilib.