cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Levent Gündoğan “Mançester Yunayted”ə transfer olunub

01.03.2017 08:03 Oxundu 2427

“Mançester Yunayted” klubu türk əsilli Uels futbolçusu Levent Gündoğanı transfer edib. Məlumata görə, yarımmüdafiəçi Uelsin “Connah's Quay Nomads” klubundan transfer olunub. 14 yaşlı futbolçunun Uelsin U-16 yığma komandasında oynaması gözlənilir. L. Gündoğan “Mançester Yunayted”in aşağı yaş komandasında oynayacaq. Futbolçunun komandası transferlə bağlı verdiyi açıqlamada bəyan edib ki, L. Gündoğan həm irəlidə, həm də yarımmüdafiədə oynaya bilər: “İstedadlı futbolçuya yeni komandasında uğurlar arzulayırıq”.