01.03.2017 09:05
2083
2083
Madrid "Real"ının sabiq hücumçusu, hazırda "Las Palmas"ın şərəfini qoruyan Xese Rodriqes İspaniya çempionatının 25-cu turunda bu gün keçiriləcək matçdan söz açıb. O, "Real"ın qapısına qol vuracağı təqdirdə sevinib-sevinməyəcəyi məsələsinə də aydınlıq gətirib: "Biz "Real"ın doğma meydanında nə qədər güclü çıxış etdiyini yaxşı bilirik. Bu mənada bizi çətin bir oyun gözləyir. Əgər bu matçda "Real"ın qapısına qol vursam, onu bayram etməyəcəyəm. Bilirsinizmi niyə? Mən bu kluba çox borcluyam. Ona görə də komandaya hörmət əlaməti olaraq belə bir addım atmayacağam".
Qeyd edək ki, Real -Las Palmas oyunu martın 1-də keçiriləcək.