cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

XXI turun oyun cədvəli açıqlanıb

01.03.2017 12:58 Oxundu 2192

Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. Turun qarşılaşmaları iki günü əhatə edəcək.Tura “Sumqayıt” – “Qarabağ” matçı ilə start veriləcək. III dövrənin son qarşılaşmasında “Neftçi” və “Zirə” paytaxt derbisində qarşılaşacaq. Qeyd edək ki, turun görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

4 mart (şənbə)

16:00. “Sumqayıt” – “Qarabağ”
Sumqayıt. Şəhər stadionu


20:00. “İnter” – “Qəbələ”
“İnter Arena”

5 mart (bazar)

15:00. “Kəpəz” – AZAL
Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”
8-ci km qəsəbə stadionu