01.03.2017 21:06
1903
1903
9-14 mart tarixlərində İranın Əhvaz şəhərində ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) verilən məlumata görə, böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Komandamızın heyəti artıq məlumdur. Yarışa yollanacaq idmançılarımız:
Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq).