971
“Barselona”nın baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacaq. O, bu haqda qərarını La Liqanın son turunda “Sportinq”ə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb:“Gələn mövsümdən “Barselona”nı çalışdırmayacam. Bu cür qərar verməyimin səbəbi yorğunluqdur. Bu iş daima çalışmağı tələb edir. Mənim isə dincəlməyə ehtiyacım var”. Enrikə qərarını futbolçulara da açıqladığını bildirib.
Qeyd edək ki, 2014-cü ildən “Barsa”nı çalışdıran Enrikenin klubla müqaviləsi 2017-ci ilin yayında başa çatır.
46 yaşlı Enrike komandaya 2014-cü ildə baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında iki ölkə çempionatı və bir ölkə kubokunun qalibi olub. Kataloniyalılar, həmçinin İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Dünya klub çempionatının qalibi olublar.