02.03.2017 07:55
933
933
.jpg)
"Mançester Yunayted"in futbolçusu Pol Poqba ilə klubun azarkeşləri arasında xoşagəlməz hadisə baş verib. Belə ki, dostları ilə birgə restoranlardan birinə gedən fransalı yarımmüdafiəçidən bir neçə azarkeş avtoqraf verməsini istəyib. Ancaq Poqba bundan imtina edib. Əsəbləşən azarkeşlər Poqbanın üzərinə boşqab atıblar. Hətta oyunçuya hücum çəkməyə də çalışıblar. Restoranın işçilərinin müdaxiləsi ilə davanın qarşısı alınıb.