cümə axşamı, 15 yanvar 2026

DÜNYA FUTBOLU

Zidan: "Real" çempionluq uğrunda mübarizəni uduzmayıb"

02.03.2017 08:15 Oxundu 959

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan hesab edir ki, komandası ölkə çempionu adı uğrunda mübarizədə heç də uduzmayıb. Fransalı mütəxəssis İspaniya çempionatının 25-ci turunda öz meydanlarında "Las Palmas"la keçirdikləri oyundan (3:3) sonra verdiyi müsahibəsində belə deyib: "Mən heç bir halda hesab etmirəm ki, "Real" çempionluq uğrunda mübarizəni uduzub. Mən əvvəllər də demişəm ki, bizə heç də asan olmayacaq. İndi biz turnir cədvəlində liderlik etmirik. Unutmayaq ki, hələ mübarizə qabaqdadır. Biz pozitiv enerjiyə yüklənməliyik".

Xatırladaq ki, "Real"ın doğma meydanda xal itirməsindən sonra "Barselona" liderliyi ələ keçirib. "Real" 56 xalla ikinci sırada olsa da, "Barselona"dan bir oyun az keçirib.