cümə axşamı, 15 yanvar 2026

BİZİM FUTBOL

UEFA Əliyar Ağayevə yeni təyinat verib

02.03.2017 10:37 Oxundu 886

UEFA Gənclər Liqasının 1/4 final mərhələsinə təyinatlar açıqlanıb. Qitə futbol qurumu Azərbaycan hakimlərinə də təyinat verib. Belə ki, martın 7-də Rusiyanın MOİK və Portuqaliyanın “Benfika” klubları arasında keçiriləcək görüş həmyerlilərimizə tapşırılıb. Moskvada keçiriləcək qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Rza Məmmədovla Akif Əmirəli olacaq. Matçın dördüncü hakimi funksiyasını Aleksandra Ponomaryova yerinə yetirəcək. Həmyerlilərimizin işinə rusiyalı hakim-inspektor Yuri Baskakov qiymət verəcək. Qeyd edək ki, "Oktyabr" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.