çərşənbə axşamı, 08 iyul 2025

DİGƏR NÖVLƏR

Oloxan Musayev: "Özünə inam uğur qazanmağın şərtidir" - VİDEO

02.03.2017 11:16 Oxundu 1987

Oloxan Musayev 30 may 1979-cu ildə Azərbaycan-ın Balakən şəhərində anadan olub. O, disk atma idman növü üzrə paralimpiya idmançısıdr. İlk uğurlarını uşaq yaşlarında rayon və Respublika Çempionatlarında qazanmağa başlamışdı.

Ən böyük uğurunu isə Oloxan 2008-ci ildə Pekində qazandı və Paralimpiya Oyunlarının çempionu oldu. O finalda 13.49 nəticə ilə həm Dünya rekordunu yenilədi, həmdə Pekində Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdi.

Daha sonrakı illərdə Oloxan 2009-da 2-ci dəfə Dünya Çempionu oldu. 2 ildən sonra isə 2011-ci ildə Şardja şəhərində o Dünya Çempionatında 3-cü dəfə zəfər çaldı. Həmdə həmin Çempionatda o gümüş medalda qazandı.

Oloxan Musayev 2 fevral 2016-cı ildə isə Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.

Musayev