çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Komandamız Birləşmiş Ərəb Əmirlikləri millisi iki yoldaşlıq oyunu keçirəcək

02.03.2017 18:01 Oxundu 1036

Qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş toplanışda 20 oyunçu iştirak edir. Komandamızın hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri millisi iki yoldaşlıq oyunu keçirməsi planlaşdırılır. Martın 6-da yekunlaşacaq hazırlıq prosesində Kamilla Məmmədova (“Adana İdmanyurdu Spor”, Türkiyə), Mərvə Özdəmir (“Ayntraxt”, Frankfurt, Almaniya), Rövşanə Sərdarlı, Sevinc Cəfərzadə, Nigar Cəlilli, Günay İsmayılova (hamısı “Fidan”), Diana Məmmədova (“Yenisey”, Krasnoyarsk, Rusiya), Aysun Əliyeva (“İlkadım Belediyyesi Yabancılar Pazarı Spor”, Türkiyə), Firəngiz Teymurova (“Konak Belediye Spor, Izmir, Türkiyə), Güləmbər Qasımova (“Qəbələ”), Natalya Rodelqo (“Qranada”, Madrid, İspaniya), Lusiya Sançez (“Rayo Vallekano”, Madrid, İspaniya), Ayşən Əhmədova, Vusalə Seyfətdinova (hər ikisi “Sumqayit”), Vüsalə Hacıyeva, Roza Quliyeva (hər ikisi “Təhsil”), Manya Mollayeva, Maya Danqadze, Kristina Bakarandze və Aytac Şərifova (hamısı “Zaqatala”) iştirak edir.