çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

Elnur Cəfərov "Tondela"ya transfer olunub

07.07.2016 10:18 Oxundu 2000

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubuna transfer olunub. Millimizin 19 yaşlı müdafiəçi yüksək liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

“Xəzər Lənkəran”dan ayrıldıqdan sonra uzun müddət klubsuz qalan 19 yaşlı oyunçunun İspaniya təmsilçisi “Ovyedo”ya keçidi gözlənilirdi. Çünki tərəflər arasında danışıqlar olmuş və yalnız müqavilə bağlamaq qalmışdı. Lakin Cəfərov fikrini dəyişərək digər Piriney ölkəsi olan Portuqaliyaya köçməyi məqsədəuyğun bilib. Yüksək liqa klubu bu transferi rəsmi saytı vasitəsilə də bəyan edib. “Tondela” Cəfərovun yay fasiləsində 10-cu transferi olduğunu vurğulayıb.

Qeyd edək ki, E.Cəfərov U-19 və U-21 millilərimizdə çıxış edib.

Əlavə edək ki, "Tondela" ötən mövsüm Portuqaliya çempionatını 16-cı pillədə tamamlayıb.