çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ” zirvədəki yerini qoruya biləcəkmi?

04.03.2017 07:14 Oxundu 1936

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək. İki gün ərzində baş tutacaq turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Sumqayıtda yerli komanda “Qarabağ”ı qəbul edəcək. Ötən tur “İnter”ə məğlubiyyətdən sonra liderdən 1 xal geri düşən ağdamlılar dördüncülük mübarizəsi verən “kimyaçılar” qarşısında qələbə əzmi ilə oynayacaq. Lider “Qəbələ” isə “İnter”in qonağı olacaq. Ötən tur “Qarabağ”ı zirvədən endirən keçmiş “bankirlər” Roman Qriqorçuk və komandası üçün də başağrısı ola bilər. Əyalət klubunun hədəfi isə zirvədəki yerini qorumaq və “Qarabağ”ın səfərdəki mümkün xal itkisindən sonra fərqi artırmaqdır. Ötən turdakı Gəncə itkisindən sonra növbəti büdrəmə “qırmızı-qaralar”ın işini çətinə sala bilər.

Azərbaycan Premyer Liqası

XXI tur

4 mart (şənbə)

16:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu


20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“İnter Arena”

Turnir cədvəli

1.

Qəbələ

20

12

7

1

39-11

43

2.

Qarabağ

20

13

3

4

32-11

42

3.

İnter

20

9

9

2

31-19

36

4.

Zirə

20

7

5

8

18-21

26

5.

Sumqayıt

20

6

7

7

20-24

25

6.

Neftçi

20

6

2

12

15-33

20

7.

Kəpəz

20

3

8

9

13-23

17

8.

AZAL

20

1

5

14

8-34

8

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.