çərşənbə, 14 yanvar 2026

DİGƏR NÖVLƏR

Veteran ağır atlet Vladimir Jilyayev qızıl medal qazandı

04.03.2017 10:23 Oxundu 2036

Ağır Atletika Akademiyasında veteran ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib. Təcrübəli ağırlıqqaldıranların yarışı böyük maraqla izlənib.Qaliblər Sinkleyr və Manone-Meltzer cədvəllərinə əsasən müəyyən edilib.

Qızıl medalı 200 kiloqram (90+110) nəticə və 421,05 xalla 69 yaşlı Vladimir Jilyayev qazanıb. Gümüş medala 277 kiloqram (126+151) nəticə və 363.25 xalla Namiq Cəmilov, bürünc mükafata isə 160 kiloqram (75+85) nəticə və 356.98 xalla Akif Alıyev sahib olublar.