çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Mourinyo: "Zlatanın indiyədək "Qızıl top" almamasına inana bilmirəm"

04.03.2017 11:05 Oxundu 2267

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo hesab edir ki, "qırmızı şeytanlar"ın hücumçusu Zlatan İbrahimoviç "Qızıl top" mükafatına layiqdir və 2017-ci ilin yekunlarına görə bu mükafatı qazana bilər. Qeyd edək ki, Zlatan cari mövsümdə 26 qola imza atıb. Mourinyo deyib: "Düşünürəm ki, o, tamamilə nadir oyunçudur. Mənim Kriştianu Ronaldo və Lionel Messi haqqında da əraflı məlumatın var. Bilirəm ki, onlar öz oyunları ilə məşhurdurlar. Lakin mən Zlatan kimi bir futbolçunun indiyədək "Qızıl top" almamasına inana bilmirəm. Elə isə o bu mövsüm bu mükafata niyə yiyələnməsin?"