1972
Madrid "Real"ının futbolçuları və məşqçiləri bu günkü son məşqdən öncə komandanın bəzi məsələlərini müzakirə ediblər. Komandanın son uğursuz nəticələri də gündəmdə olub. Bu görüşdə komandanın yaşlı futbolçuları gəncləri meydanda daha aktiv olmağa çağırıblar. "Kral klubu"nun kapitanı və müdafiəçisi Serxio Ramos isə belə deyib: "Burada yalnız Kriştianu Ronaldonun meydanda qaçmamaq hüququ var, çünki mövsüm ərzində 60 qol vurur".
Xatırladaq ki, Madrid nəhəngi La Liqasında 25 turdan sonra 56 xalla turnir cədvəlində ikinci yeri tutur, o, Barselonadan bir xal geridədir. Lakin "Real"ın bir oyunu ehtiyatda var. Onu da əlavə edək ki, bu gün "kral klubu" səfərdə doğma meydanda yaxşı nəticə qazanan "Eybar"la qarşılaşacaq.