1828
Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Fərqlənən” federasiyaların reytinq siyahısına daxil olub. Bu barədə federasiyadan məlumat verilib.
Beynəlxalq Federasiyanın İcraiyyə Komitəsi il ərzindəki fəaliyyətinə - Dünya Çempionatları və Kuboklarının təşkili, həmin yarışlarda qazandığı nəticələr, FIG rəhbər Orqanlarının iclaslarının keçirilməsi, FIG Akademiyası hakimlik və məşqçilik kurslarının təşkili, o cümlədən sözügedən tədbirlərdə iştirakına görə seçilən federasiyaları xallar əsasında müəyyənləşdirir. Xatırladaq ki,Azərbaycan Gimnastika Federasiyası stabil olaraq, aktiv və peşəkar fəaliyyətinin nəticəsində ilin yekunlarına görə artıq 3-cü dəfədir ki (2014,2015 və 2016) 10 ən güclü federasiyaların sırasında yer alır. Milli federasiyamızın fəaliyyətinin yüksək qiymətləndirilməsi beynəlxalq arenadakı nüfuzumuzu bir daha təsdiq etdi.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının tərkibinə 148 federasiya daxildir.