çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

04.03.2017 16:52 Oxundu 2151

Bu gün Topaz Premyer Liqada 21-ci turun oyunlarına start verilib. İlk oyun günündə 2 görüş keçirilir. Həmin oyunlardan biri artıq başa çatıb. Belə ki, “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olub. Son turda “İnter”ə uduzan Qurban Qurbanovun komandası bu matçın favoriti hesab edilirdə. Cari mövsüm hər iki oyunda “Sumqayıt”a qalib gələn Ağdam klubu bu görüşdən də qələbə ilə ayrılmağı bacarıb: 0:4
Günün ikinci oyununda “Qəbələ” “İnter”in qonağı olacaq. Ötən tur “Qarabağ”ı xalsız qoyan paytaxt klubu “Qəbələ” üçün də çətin rəqibdir.
Turun digər iki oyunu isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXI tur

4 mart (şənbə)

“Sumqayıt” – “Qarabağ” - 0:4

Qollar: Migel Madera, 23; Riçard Almeyda, 45 (p.); Muarem Muarem, 49; Bədavi Hüseynov, 60
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 7. Sergey Çernışev, 8. Nicat Muxtarov, 10. Məhəmməd Qurbanov, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 20. Fərhad Qıstarov, 42. Kamran Abdullazadə, 77. Ehtiram Şahverdiyev
Baş məşqçi: Samir Abasov

“Qarabağ”: 13. İbrahim Şehiç, 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə

Baş məşqçi: Qurban Qurbanov

A