çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"

04.03.2017 19:12 Oxundu 1897

Bu gün Premyer Liqanın XXI turunda "Qarabağ" səfərdə "Sumqayıt"ı 4:0 hesabıyla məğlub edib. Komandanın baş məşqçisi Qurban Qurbanov oyun haqda öz fikirlərini bildirib: "Sumqayıt" azarkeşlərinə təşəkkür edirəm, komandamzı çox yaxşı qarşıladılar. Uzaq yol gəldikləri üçün öz azarkeşlərimizə təşəkkür edirəm. Son iki oyunda uğursuz nəticələrə baxmayaraq, azarkeşlərimiz bizim yanımızdaydılar. Oyuna gəlincə, komandamızın üzərində təzyiqlər var idi. Niyə problemimiz var idi, bunu çox yaxşı bilirəm. Böyük hesabla qələbə qazansaq da, üzərimizdəki təzyiq meydanda hiss olunurdu. Vacib 3 xal qazandıq. Ümid edirəm ki, bundan sonra səhvlər etməyəcəyik. Futbolçularıma 1-2 gün istirahət verəcəm ki, ailələrinin yanında olsunlar. Milli komandaya gedən futbolçulara da uğurlar arzu edirəm”.