04.03.2017 19:18
1795
1795
"Bu oyun "Sumqayıt”a bir cavab oldu. Arzuladığımız bir şey var, bir də reallıq. Avroliqa haqda düşünürdük. Bugünkü oyun göstərdi ki, avrokubokdan danışmaq tezdir. Oyun ərzində elə epizodlar oldu ki, məni susmağa vadar etdi. İnanmıram ki, gələcək turlarda belə oynayacağıq. Bu matçdan sonra 4-cü yer haqda düşünmək belə, istəmirik. Bu baş versə, təsadüfə bağlayarsınız". Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 21-ci turunda "Qarabağ"la oyundan (0:4) sonra deyib.