04.03.2017 21:51
2215
2215
İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb. Azərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ilk günündə 59, 71, 80 və 98 kq çəkidə pəhləvanlar mübarizə aparıb. Güləşçilərimiz gərgin keçən ilk yarış gününü 1 bürünc medalla başa vurub. 59 kq-da mübarizə aparan Murad Məmmədov fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Ruhin Mikayılov (71 kq) və Orxan Nuriyev (98 kq) isə turniri 5-ci sırada tamamlayıb.