çərşənbə, 14 yanvar 2026

DİGƏR NÖVLƏR

Yeniyetmə cüdoçularımız 3 qızıl və 1 bürünc medal qazanıb

04.03.2017 21:59 Oxundu 2186

Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilirb. Yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Yeniyetmə cüdoçularımız 3 qızıl və 1 bürünc medal qazanıb.
Ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparır.