çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Bu gün XXI tura yekun vurulacaq

05.03.2017 07:25 Oxundu 1667

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq. Turun daha iki qarşılaşması keçiriləcək.Dövrənin son günü autsayderlərin dueli ilə başlayacaq. Bu il qələbə qazana bilməyən “Kəpəz”lə AZAL Gəncədə üz-üzə gələcək. Çempionatın III dövrəsi paytaxt derbisi ilə yekunlaşacaq. İlin ən yaxşıları arasında olan “Neftçi” və “Zirə” 8-ci km stadionunda qarşılaşacaq. Avrokuboklar uğrunda mübarizə aparan rəqiblərin duelinin dəyəri hər iki komanda üçün yüksəkdi.

Qeyd edək ki, III dövrənin oyunlarından sonra Premyer Liqada çox qısa fasilə yaranacaq. Azərbaycan millisinin Qətərlə yoxlama matçı ilə əlaqədar növbəti tur gələn həftəsonu deyil, martın 13-də başlayacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

5 mart (bazar)

15:00. “Kəpəz” – AZAL
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km stadionu

Turnir cədvəli

1.

Qəbələ

21

13

7

1

41-11

46

2.

Qarabağ

21

14

3

4

36-11

45

3.

İnter

21

9

9

3

31-21

36

4.

Zirə

20

7

5

8

18-21

26

5.

Sumqayıt

21

6

7

8

20-28

25

6.

Neftçi

20

6

2

12

15-33

20

7.

Kəpəz

20

3

8

9

13-23

17

8.

AZAL

20

1

5

14

8-34

8

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.