çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

“Beşiktaş” Şenol Günəşlə müqavilənin müddətini uzadıb

05.03.2017 16:38 Oxundu 2027

“Beşiktaş” klubu baş məşqşçi Şenol Günəş ilə müqavilənin müddətini 3 il uzadıb. Məlumata görə, Ş. Günəş 2020-ci ilədək “Beşiktaş”ı çalışdıracaq. Türkiyəli mütəxəssis illik 1,5 milyon avro qarşılığında 3 illik müqaviləyə imza atıb. Bundan başqa, 64 yaşlı Ş. Günəş ölkə çempionatı və Avropa Liqasında uğurlara görə də bonuslar qazanacaq. Əgər o, 2020-ci ilədək vəzifəsində qalarsa, “Beşiktaş”ın tarixində ən uzunmüddətli çalışan baş məşqçi olacaq.