2034
Çempionatın III dövrəsi paytaxt derbisi ilə yekunlaşıb. İlin ən yaxşıları arasında olan “Neftçi” və “Zirə” 8-ci km stadionunda qarşılaşıb. Avrokuboklar uğrunda mübarizə aparan rəqiblərin duelinin dəyəri hər iki komanda üçün yüksək idi. “Neftçi” heç vaxt çempionat oyununda zirəlilərə qalib gəlmədiyindən Elxan Abdullayevin yetirmələri sindromu qırmağa çalışıb. Lakin Ayxan Abbasovun komandası buna imkan verməyib.
Qeyd edək ki, III dövrənin oyunlarından sonra Premyer Liqada çox qısa fasilə yaranacaq. Azərbaycan millisinin Qətərlə yoxlama matçı ilə əlaqədar növbəti tur gələn həftəsonu deyil, martın 13-də başlayacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
5 mart (bazar)
“Neftçi” – “Zirə” - 1:2
Qollar: Seqovia, 60 (pen.) - Navalovski, 62 (öz qapısına), Duriç, 79
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km stadionu
“Neftçi”: 53. Maksim Vaylo, 26. Kamal Qurbanov, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 29. Georgi Navalovski (k), 8. Zdenek Folprext, 12. Daniel Seqovia, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 7. Namiq Ələsgərov, 23. Tərzin Cahangirov
Ehtiyat oyunçular: 33. Boban Baykoviç, 95. Elvin Bədəlov, 9. Uqo Barqas, 11. İqnasio Herrera Fernandes, 13. Murad Ağayev, 27. Məqsəd İsayev, 19. Fəhmin Muradbəyli
Baş məşqçi: Elxan Abdullayev
“Zirə”: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 39. Sadiq Quliyev, 11. Viktor İqbekoyi, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 7. Amadu Sanqar, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 26. Georgi Qorozia, 38. İlkin Muradov, 92. Cavid Tağıyev
Baş məşqçi: Ayxan Abbasov
urnir cədvəli
|
1. |
Qəbələ |
21 |
13 |
7 |
1 |
41-11 |
46 |
|
2. |
Qarabağ |
21 |
14 |
3 |
4 |
36-11 |
45 |
|
3. |
İnter |
21 |
9 |
9 |
3 |
31-21 |
36 |
|
4. |
Zirə |
21 |
8 |
5 |
8 |
20-22 |
29 |
|
5. |
Sumqayıt |
21 |
6 |
7 |
8 |
20-28 |
25 |
|
6. |
Neftçi |
21 |
6 |
2 |
13 |
16-35 |
20 |
|
7. |
Kəpəz |
21 |
3 |
9 |
9 |
14-24 |
17 |
|
8. |
AZAL |
21 |
1 |
6 |
14 |
9-35 |
9 |
Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.