çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Şahin Diniyev: “Acınacaqlı şəkildə xal itkisinə məruz qaldıq"

05.03.2017 20:06 Oxundu 1862

“Kəpəz” – AZAL (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bölüşüb: “Acınacaqlı şəkildə xal itkisinə məruz qaldıq. Demək olar ki, 90 dəqiqə üstünlüyümüzlə keçən oyunda müdafiəçilərin məsuliyyətsizliyindən, uşaq səhvindən qol buraxdıq. Kimisə tək günahlandırmıram, komanda olaraq yaxşı mübarizə apardıq. Meydançanın belə olması kombinasiyalı futbol oynamağa, daha çox ötürmələr etməyə imkan vermirdi. Uzun ötürmələr hesabına cərimə meydançasına daxil olmaq mümkün olurdu. Bundan AZAL istifadə edə bildi. Əfsuslar olsun ki, biz ikinci qolu vura bilmədik. Öz əlimizdə olan oyunu verdik. Nə qədər çətin olsa da, bunu da yaşamalıyıq. Futbolun sevinci olduğu kimi kədəri də var. Nəsə demək çox çətindir. Futbolçularımız öz əlləri ilə oyunu rəqibə hədiyyə etdilər”.