çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Elxan Abdullayev: "Zirə” bizim üçün narahat rəqibdir"

05.03.2017 20:10 Oxundu 2297

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XXI turunun "Zirə” klubu ilə oyunundan sonra fikirlərini bildirib: "Çox vacib oyun idi, amma təəssüf ki, uduzduq. "Zirə” bizim üçün narahat rəqibdir, artıq 3-cü ildir çempionatda bu komandaya qalib gələ bilmirik. Bəlkə bunun da futbolçulara təsiri var. Çünki 1:0 hesabı ilə irəli idik və üstünlük bizdə olsa da, məğlub olduq”.