06.03.2017 06:51
1903
1903
Dubay şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. Qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qolu Sevinc Cəfərzadə vurub.
Bu komandalar arasında martın 3-də keçirilmiş yoldaşlıq oyunu da millimizin qələbəsi ilə yekunlaşmışdı – 3:2.