06.03.2017 08:30
1823
1823
Ruslan Abışov milli komandanın heyətindən çıxarılıb. Buna səbəb “Neftçi”nin oyunçusunun uzun müddət davam edən zədədən sonra tam hazır olmamasıdır. Martın 6-dan 9-dək Qətərdə təlim-məşq toplanışında olacaq yığmamızın heyətinə dəvət alan yarımmüdafiəçi həkimlərin məsləhəti ilə səfərə gedəcək oyunçuların arasından çıxarılıb. Ruslan bu müddətdə paytaxtda qalaraq hazırlıqlarını davam etdirəcək. Onun adı Azərbaycan Premyer Liqasının dünən keçirilmiş “Neftçi” – “Zirə” matçında da 18 nəfərlik iştirak ərizəsinə də salınmamışdı. Qeyd edək ki, Premyer Liqanın XIX turunun “Kəpəz” – “Neftçi” oyununda zədələnən “15 nömrə” o vaxtdan meydana çıxa bilmir.Apasport