1801
Yoldaşlıq görüşündə futbol üzrə Azərbaycan millisini qəbul edəcək Qətər yığmasının heyəti açıqlanıb. Qətər yığmasının baş məşqçisi Jorje Fossati 28 futbolçuya dəvət göndərib.
Qətər yığmasına qapıçılar - Saad Əl Şeb (“Əl Sədd”), Omar Bari (“Əl Rayyan”), Xəlifə Ababakar (“El Jaiş”), müdafiəçilər - İbrahim Majid, Medro Migel, Hamid İsmail, Musab Keder (hamısı “Əl Sədd”), Mohammed Musa, Əhməd Yasser (hər ikisi “Lekviya”), Bualem Xouki (“Əl-Ərəbi”), Fahad Əl-Abdulrahman (“Eupen”, Belçika), yarımmüdafiəçilər - Assim Madibo, Kərim Budiaf, Luis Martin, Əli Afif (hamısı “Lekviya”), Hassan Əl-Haidos, Ali Assad (hər ikisi “Əl Sədd”), Rodriqo Tabata (“Əl Rayyan”), Ahmed Abdul Maqsud (“Əl-Arabi”), Əkrəm Afif (“Sportinq Xixon”, İspaniya), Mehdi Əli, Yusif Hüseyn (hər ikisi “Əl Qarafa”), hücumçular - Almoez Əli, İsmail Mohammed (hər ikisi “Lekviya”), Ahmed Alaa, Sebastian Soria (hər ikisi “Əl Rayyan”), Meşal Abdullah (“Əl Əhli”) və Yasser Abu Bakr (“El Jaiş”) çağırılıblar.
Qeyd edək ki, martın 9-da Doha şəhərində Qətər və Azərbaycan milli komandaları arasında Al Sadd stadionunda keçiriləcək yoldaşlıq oyunu yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.