06.03.2017 14:39
1897
1897
"Barselona"nın transfer komissiyasının üzvü Ariedo Brayda hesab edir ki, komandanın hücumçusu Lionel Messi klubunu dəyişmək barədə düşünmür. Onun sözlərinə görə, son vaxtlar Messinin kataloniya klubu ilə müqaviləsinin müddətinin uzadılması dəfələrlə müzakirə olunub: "Messinin müqaviləsinin uzadılması? Tələb və təklifi bazar diktə edir. Düşünürəm ki, Messinin göbəyi "Barselona"da kəsilib. Belə ki, o, buradan getməyəcək".
Argentina yığmasının futbolçusunun "Barselon"a ilə müqaviləsi 2018-ci ilin yayınadək nəzərdə tutulub.