çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

“Qalatasaray” 3 xalı zorla qazandı - VİDEO

07.03.2017 06:49 Oxundu 1968

Türkiyə Superliqasında 23-cü tura yekun vurulub. Son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında “Gənclərbirliyi” qalib gəlib. Paytaxt klubu hər hissədə rəqib qapısına 1 dəfə yol tapıb. Səfərdə “Antalyaspor”un qonağı olan “Qalatasaray” çətin və vacib 3 xal qazanıb.

İstanbulun “Qalatasaray” komandası üç oyunluq qələbə həsrətinə “Antalyaspor” ilə oyunda son qoyub. İstanbullular Türkiyə Super Liqasının 23-cü turunda Antalyada 3:2 hesabı ilə çətin qələbə qazanaraq xallarının sayını 43-ə çatdırıblar. “Qalatasaray” matçın 24-cü dəqiqəsində Brumanın qolu ilə hesabı açıb. Oyunun 36-cı dəqiqəsində Eren Derdiyok komandasının üstünlüyünü iki topa çatdırıb - 0:2. Lakin birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Mbilla bu fərqi azaldıb – 1:2.

Fasilədən sonra – 53-cü dəqiqədə “Antalyaspor” Danilonun qolu ilə hesabı bərabərləşdirib – 2:2. Oyunun 84-cü dəqiqəsində istanbullular meydanda sayca azlıqda qalıblar. Hakim kobud oyuna görə ilk qolun müəllifi Brumanı ikinci sarı vərəqə ilə cəzalandıraraq meydandan kənarlaşdırıb. Lakin “Qalatasaray” oyunun qələbə qazana bilib. Matçın əsas vaxtına əlavə edilən hissənin sonunda - 96-cı dəqiqədə cərimə zərbəsindən ötürülən topu tora göndərən Eren Derdiyok ikinci dəfə fərqlənərək komandasına qələbə qazandırıb – 2:3.

Beləliklə, “Qalatasaray” üç oyunluq qələbə həsrətinə son qoyaraq qalibiyyətə sevinib. İstanbullular bu oyundan əvvəlki üç görüşdə iki dəfə məğlub olub, bir oyunda isə heç-heçə etmişdilər (“Kayserispor” - 1:2, “Rizespor” – 1:1, “Beşiktaş” – 0:1). Hazırda 43 xalı olan “Qalatasaray” çempionatda üçüncü yerdədir. “Beşiktaş” 53 xalla birinci, “İstanbul Başakşehir” 49 xalla ikincidir. “Fənərbağça” isə 41 xalla dördüncü sıradadır.


Türkiyə Superliqası

23-cü tur

6 mart

“Gənclərbirliyi” - “Akhisar Genclik Spor” 2:0
Qollar:
Klaro, 6, Karabulut, 55

“Antalyaspor” - “Qalatasaray” 2:3
Qollar:
Bruma, 24 (0:1), Derdiyok, 36 (0:2), Etame, 44 (1:2), Kadah, 53 (2:2), Derdiyok, 90+6 (2:3)

1.

Beşiktaş

23

16

5

2

45:18

53

2.

Başakşehir

23

14

7

2

40:17

49

3.

Qalatasaray

23

13

4

6

43:24

43

4.

Fənərbaxça

23

11

8

4

41:20

41

5.

Trabzonspor

23

10

5

8

22:22

35

6.

Antalyaspor

23

10

5

8

27:29

35

7.

Konyaspor

23

8

8

7

26:27

32

8.

Bursaspor

23

9

4

10

24:29

31

9.

Osmanlıspor

23

7

9

7

28:25

30

10.

Kardemir Karabük

23

9

3

11

25:30

30

11.

Gənclərbirliyi

22

7

8

7

21:20

29

12.

Kasımpa.a

23

8

5

10

31:31

29

13.

Akhisar Genclik Spor

23

7

6

10

16:29

27

14.

Kayserispor

23

7

5

11

28:37

26

15.

Alanyaspor

23

7

4

12

34:43

25

16.

Rizespor

23

5

5

13

23:38

20

17.

Adanaspor

23

4

5

14

21:37

17

18.

Qaziantepspor

22

4

4

14

18:37

16

qa