çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Bu gün 1/4 finalın ilk iştirakçılarının adları məlum olacaq

07.03.2017 07:30 Oxundu 1802

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilir. Bu gün keçiriləcək 2 görüşdən sonra 1/4 finalın ilk iştirakçılarının adı məlum olacaq. “Arsenal” öz meydanında “Bavariya”nı qəbul edəcək. Bu cütün taleyi böyük ölçüdə həll olunub. Münhendə 5:1 hesabı ilə qalib gələn “Bavariya”nın London səfərində bu üstünlüyü əldən verəcəyi inandırıcı deyil.

“Napoli” - “Real” matçında da meydan sahiblərinin işi çətin görünür. Düzdür, “topçular”dan fərqli olaraq Neapol təmsilçisini 2 cavabsız qol da növbəti mərhələyə daşıyacaq. Lakin Zinəddin Zidanın komandası çətin səfərdə asanlıqla təslim olmayacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

7 mart

23:45. “Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya)
İlk oyun
- 1:5

23:45. “Napoli” (İtaliya) - “Real” (İspaniya)
İlk oyun
- 1:3

8 mart

23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa)
İlk oyun
- 0:4

23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya)
İlk oyun
- 0:1

14 mart

23:45. “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya)
İlk oyun
- 2:0

23:45. “Lester” (İngiltərə) - “Sevilya” (İspaniya)
İlk oyun
- 1:2

15 mart

23:45. “Monako” (Fransa) - “Mançester Siti” (İngiltərə)
İlk oyun
- 3:5

23:45. “Atletiko” (İspaniya) - “Bayer Leverkuzen” (Almaniya)
İlk oyun
- 4:2