2022
Londonun meri Sadiq Xan Rusiyalı milyarder Roman Abramoviçin sahibi olduğu “Çelsi” futbol klubunun ev oyunlarını keçirdiyi “Stamford Bric” stadionunun yenidən qurulması layihəsini təsdiq edib. Yeni stadionun yenidən qurulmasına təqribən 500 milyon funt sterlinq vəsaitin xərclənməsi nəzərdə tutulur. Layihəyə əsasən, klubun 41,5 min yerlik (azarkeş tutumu 60000-ə yüksələcək) hazırkı stadionunun yerində yeni idman arenası inşa ediləcək. Xərcin çox olmasının səbəblərindən biri də arenanın yerləşdiyi əraziyə yeni qatar stansiyasının çəkilməsidir. London təmsilçisi yeni stadionun inşasını 2021-2022-ci il mövsümünə qədər başa çatdırmağı planlaşdırır. Yeni stadionun layihəsi memarlar Hersoq və de Meuron tərəfindən hazırlanıb. Hər iki memar Pekində “Quş Yuvası” Olimpiya Stadionunun layihəsinin müəllifidir.