1827
"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Arsenal"la və bu komandanın baş məşqçisi Arsen Vengerlə bağlı fikirlərini bölüşüb. O, son günlər daha çox tənqidlərə tuş gələn həmkarı barədə belə deyib: "Düşünürəm ki, biz bütün həyatımız boyu tənqidlərə məruz qalırıq. Venger daha təcrübəli məşqçidir, o komandada yaranmış vəziyyəti nəzarətdə saxlaya bilir. Hər bir məşqçinin həyatında uğursuz ay da olur. Bu mənada tənqidlər də normaldır. Venger həm məşqçi, həm də insan kimi mənim xoşuma gəlir. Onunla yaxşı münasibətlərimiz var və ona böyük hörmətlə yanaşıram. Mənə elə gəlir ki, hər məşqçi Arsenin "Arsenal"da etdiklərini edə bilməz.