çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

AFFA AZAL-ın oyunçusunu cəzalandırdı

07.03.2017 13:39 Oxundu 2019

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XXI turunun “Kəpəz” – AZAL matçının video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

  • Oyunun 64-cü dəqiqəsində AZAL klubunun 44 №-li futbolçusu Alamadine Omega Roberts rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
  • Hakimlər Komitəsi hakim haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Neftçi” – “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə” klubunun 97 №-li futbolçusu
Tapdıq Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XVIII turunun “Turan Tovuz” – “Şəmkir” matçının əvvəlində “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).

I Divizionun XVIII turunun “Şərurspor” – “Qaradağ Lökbatan” matçının 71-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 24 №-li futbolçusu Elmar Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).