çərşənbə, 14 yanvar 2026

GÜLƏŞ

Güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində yarışacaqlar

07.03.2017 13:57 Oxundu 2092

10-12 mart 2017-ci il tarixdə Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçiriləcək. Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcək.

Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü turnirdə mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edəcək.

Turnirin proqramına əsasən, martın 10-da 57 və 70 kq, martın 11-də 61, 74 və 125 kq, son yarış günündə isə 65, 86 və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaq.