çərşənbə, 14 yanvar 2026

DİGƏR NÖVLƏR

Bakıda ənənəvi beynəlxalq karate turniri keçirləcək

07.03.2017 15:42 Oxundu 1656

11-12 mart tarixlərində 8-ci "Baku Open" ənənəvi beynəlxalq karate turniri keçirləcək. Bakı İdman Sarayında müxtəlif yaş qrupları üzrə yarışa 10-dək ölkə karateçiləri qatılacaq. Turnirin ilk günü böyüklər arasında kata və kumite yarışları, həmçinin 40, 50 və 60 yaşdan yuxarı veteran idmançıların çıxışları olacaq. Elə həmin gün saat !7:00-da təntənəli açılış mərasimindən sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Yeniyetmə və gənclər isə ertəsi gün tatamiyə çıxacaqlar. Görüşləri yerli hakimlərlə birgə yarış iştirakçıları olan ölkələrin beynəlxalq hakimləri də idarə edəcək.