çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Zlatan İbrahimoviç 3 oyunluq cəzalandırıldı

07.03.2017 19:46 Oxundu 1838

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviçi 3 oyunluq cəzalandırıb. Buna isveçli hücumçunun İngiltərə Premyer Liqasının 27-ci turunda "Bornmut"la matçda rəqib komandanın futbolçusu Tayron Minqsi dirsəklə vurması səbəb olub. Cəza səbəbindən o, İngiltərə Federasiyası kubokunda "Çelsi" ilə oyunu və Premyer Liqada "Midlsbro" və "Vest Bromviç"lə görüşləri buraxacaq. Qeyd edək ki, T.Minqs dirsəklə vurulmasından əvvəl İbrahimoviç yıxılarkan onun başına zərbə vurub. Minqsə də bu hərəkətinə görə daha ağır cəza veriləcəyi gözlənilir.