çərşənbə, 14 yanvar 2026

BİZİM FUTBOL

Millimiz növbəti oyununu keçirəcək

08.03.2017 00:31 Oxundu 1749

Sabah Azərbaycan milli komandası növbəti oyununu keçirəcək. Yığmamız Qətər millisi ilə görüşəcək.Bu matç Robert Prosineçkinin yetirmələrinin 2017-ci ildə ilk sınağı olacaq. Millimiz üçün Asiya təmsilçisi ilə yoldaşlıq oyunu Almaniya ilə qarşılaşma öncəsi son məşq də hesab edilir. Çünki bu sınaq DÇ-2018-in seçmə mərhələsinin martın 26-da baş tutacaq Almaniya ilə görüşündən öncəyə təsadüf edəcək. Son dünya çempionu olan Bundestimlə matçadək hazırlığı yüksək səviyyəyə çatdırmaq üçün Asiya sınağı önəmlidi.

Martın 9-dakı qarşılaşma FİFA-nın oyunlar üçün rəsmi pəncərəsinə daxil deyil. Buna baxmayaraq qarşılaşma qurumun rəsmi matçlar reyestrinə salınıb. Bu da o anlama gəlir ki, matç reytinqdə də nəzərə alınacaq.

Qeyd edək ki, Qətər – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yoldaşlıq oyunu

9 mart

20:00. Qətər – Azərbaycan

Doha. “Əl-Sadd” stadionu