çərşənbə, 14 yanvar 2026

DÜNYA FUTBOLU

Ramos qollarının sayını 68-ə çatdırıb

08.03.2017 08:15 Oxundu 1927

“Real”ın kapitanı Serxio Ramos Madrid klubunun tarixi nəticəyə imza atıb. Çempionlar Liqasının 1/8 finalının “Napoli” ilə cavab oyununda (3:1) dubl edən təcrübəli futbolçu “Real”ın heyətində vurduğu qolların sayını 68-ə çatdırıb.Bununla da o, "Real"da ən çox qol vuran müdafiəçilər arasında Roberto Karlosun rekordunu təkrarlayıb. Sonrakı yerlərdə isə Fernando Yerro (67) və Pirri (63) qərarlaşıb.

Qeyd edək ki, 31 yaşlı müdafiəçi 2005-ci ildən “Real”da çıxış edir.